ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Ukrayna prezidenti Volodimir Zelenski ilə keçiriləcək görüşdə münaqişənin həlli yollarını, o cümlədən ərazilərin mübadiləsi məsələsini gündəmə gətirməyi planlaşdırır.
Far.Az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff CNN-ə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, tərəflər əsas müzakirə mövzusu kimi Rusiya və Ukrayna arasında ərazilərin dəyişdirilməsi imkanlarını nəzərdən keçirəcəklər:
"Əsas məsələ Ukrayna münaqişəsinin həlli üçün ərazilərin mübadiləsi olacaq. Bazar ertəsi bu istiqamətdə danışıqlar aparmağı planlaşdırırıq. Ümid edirik ki, mövzuda müəyyən aydınlıq yaranacaq və sonda proses sülh sazişi ilə yekunlaşacaq".