Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” Almaniya kubokunda mübarizəyə başlayır.
“Qafqazinfo” xəbər verir ki, komanda bu gün 1-ci mərhələdə 5-ci liqa təmsilçisi “Ayntraxt 1949”un qonağı olacaq.
Oyun Bakı vaxtı ilə 17:30-da başlayacaq. Artıq matçın heyətləri açıqlanıb. Mahir start heyətdə yer alıb.
Qeyd edək ki, “Kayzerslautern” 1990 və 1996-cı illərdə Almaniya kubokunu qazanıb.
***
Mahir Emreli 15-ci dəqiqədə fərqlənib. Onun vurduğu qolla komandası 2:0 hesabı ilə irəli keçib.
***
Oyun “Kayzerslautern”in 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir start heyətdə yer alıb və görüşün sonuna qədər meydanda olub. O, 15-ci dəqiqədə hesabı 2:0 komandasının xeyrinə edib. Bu, Emrelinin yeni mövsümdə ilk rəsmi qolu olub.
Qeyd edək ki, “Kayzerslautern” 1990 və 1996-cı illərdə Almaniya kubokunu qazanıb.