Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" Almaniya kubokunda mübarizəyə başlayıb.


Rekord.az xəbər verir ki, komanda bu gün 1-ci mərhələdə 5-ci liqa təmsilçisi "Ayntraxt 1949"un qonağı olub.


Oyun "Kayzerslautern"in 7:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir start heyətdə yer alıb və görüşün sonuna qədər meydanda olub. O, 15-ci dəqiqədə hesabı 2:0 komandasının xeyrinə edib. Bu, Emrelinin yeni mövsümdə ilk rəsmi qolu olub.


Xatırladaq ki, "Kayzerslautern" 1990 və 1996-cı illərdə Almaniya kubokunu qazanıb.