AZ

Mahir Emreli üçün yeni mövsümdə ilk rəsmi qol

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya Kubokunun 2025/2026-cı illər mövsümünün ilk mərhələsi çərçivəsində baş tutmuş “RSV Ayntraxt 1949” ilə matçın iştirakçısı olub.

Səfərdə baş tutmuş oyunda “Kayzerslautern” 7:0 hesablı qələbəyə sevinib. Mahir əsas heyətdə yer alıb və sonadək mübarizə aparıb. O, 15-ci dəqiqədə fərqlənməklə komandasının ikinci qoluna imza atıb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə bu yay 3 illik müqavilə bağlayıb. O, yeni komandasında 10 nömrəli formanı geyinir.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 55 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
36
2
arena.az

10Mənbələr