“Putin sülh deyil, kapitulyasiya istəyir”.
Operativ Media xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bəyan edib.
“Ukrayna əraziləri barədə yalnız Ukrayna hakimiyyəti danışa bilər. Ukrayna ordusunun azaldılmasına dair hər hansı razılaşma pozulmağa məhkumdur. Vaşinqtonda sabah keçiriləcək danışıqlardan əvvəl vəziyyət təkcə Ukrayna üçün deyil, həm də Avropa üçün olduqca ciddidir”, – deyə o bildirib.
Makronun sözlərinə görə, Tramp ilə gözlənilən danışıqların məqsədi Ukrayna ilə Avropa müttəfiqləri arasında vahid cəbhənin mövcudluğunu nümayiş etdirməkdir.