Ukrayna nizamlanması üzrə növbəti sammitlərdə Avropa Rusiya, ABŞ və Ukrayna ilə danışıqlar masası arxasında olmalıdır.
Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
"Mən növbəti sammitlərdə təkcə Ukraynanın deyil, Avropanın da danışıqlar masası arxasında olması fikrini müdafiə etmək niyyətindəyəm. ABŞ Prezidenti Donald Tramp və Vladimir Zelenski arasında Vaşinqtonda keçiriləcək görüşdə Avropa liderləri Ukraynanın maraqları ilə yanaşı, öz maraqlarını da müdafiə edəcəklər. Sabah biz ora təkcə Zelenskini müşayiət etmək üçün deyil, avropalıların maraqlarını müdafiə etmək üçün gedirik", - Makron bildirib.