AZ

İtaliya Alyaskadakı danışıqları Putinin qələbəsi adlandırıb...

Bu yaxınlarda Alyaskada keçirilən Rusiya-Amerika sammiti Rusiya prezidenti Vladimir Putinin qələbəsi oldu.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “La Stampa” nəşrinə müsahibəsində İqtisadiyyat üzrə Avropa komissarı, İtaliyanın keçmiş baş naziri Paolo Centiloni deyib. Müsahibədə Centiloni bildirib ki, ABŞ prezidenti Rusiya liderinə Alyaskada kral ziyafəti verib – “şərəf, limuzin və qırmızı xalça ilə”.

Sammitin özü, italyan siyasətçinin fikrincə, nəticəsiz başa çatdı və hətta “Qərb üçün simvolik təhqirə” çevrildi.

Centiloni hesab edir ki,Avropa Birliyi çətin seçimə hazırlaşmalıdır.

Onun sözlərinə görə, sülh razılaşması əldə olunarsa, Ukrayna üçün təhlükəsizlik təminatları Brüsselə keçəcək.

Avropa komissarı həmçinin hesab edir ki, Donald Tramp həmişə Vladimir Putinə rəğbət bəsləyib.

Əli Babayev

Seçilən
24
50
sia.az

10Mənbələr