BAKI, 17 avqust. TELEQRAF
Trampın mühafizəçisi Alyaska sammiti zamanı huşunu itirib.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada keçirilən sammiti zamanı tərcüməçilər, mühafizəçilər və nümayəndə heyətlərinin digər üzvləri uzun müddət fasiləsiz çalışıblar.
Teleqraf xəbər verir ki, bu barədəjurnalist Pavel Zarubin Telegram kanalında məlumat yayıb.
O, həmkarlarının Amerika liderinin mühafizəçilərindən birini dövlət başçılarının mətbuat konfransı keçirdiyi zaldan çıxardığı videonu dərc edib. Bu zaman onun həmkarlarlarının səsi eşidilir: “Hər şey yaxşıdır”.
P.Zarubinin sözlərinə görə, kişi huşunu itirib.
Rusiya nümayəndə heyətinin üzvü, tərcüməçi Aleksey Sadıkov daçətin iş şəraitindən danışıb.
O deyib: "Hansı saat qurşağında, hansı tarixdə, saatın neçə olduğunu başa düşmürsən. Mənfi 11 dərəcəşaxta var. Bu, təbii ki, tərcüməçinin işini çətinləşdirir, çünki diqqəti cəmləmək, hər şeyi aydın tərcümə etmək lazımdır".