AZ

Avropa liderləri Trampdan Ukraynaya zəmanət istəyir

Avropa liderləri ABŞ prezidenti Donald Trampdan Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı konkret məlumat almaq niyyətindədirlər.

Doğru.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “istəklilər koalisiyası”nın iştirakçıları ilə görüşündən sonra açıqlayıb.

Makron bildirib ki, Vaşinqtonda keçiriləcək görüşdə ABŞ-dan təhlükəsizlik təminatlarının hansı dərəcədə həyata keçiriləcəyi və bu sazişlərə nə qədər qoşulmağa hazır olduqları barədə aydınlıq tələb olunacaq.

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio da Ukrayna üçün təhlükəsizlik təminatlarının avropalı müttəfiqlərlə müzakirə olunduğunu bəyan edib. Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə vurğulayıb ki, Ukrayna və Avropanın “həyati maraqlarını” qorumaq üçün güclü təhlükəsizlik təminatları vacibdir.

DOĞRU.AZ

Seçilən
30
50
dogru.az

10Mənbələr