ain.az bildirir, Oxu.az portalına istinadən.
Dələduzlar taksi sürücülərinə tələ qururlar.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, fırıldaqçılar əvvəlcə taksi sifariş edir, sonra isə sürücüdən mağazadan müxtəlif ərzaqlar almağı xahiş edirlər. Daha sonra həmin ərzaqlar üçün müəyyən məbləğdə pul tələb edirlər.
Taksi fəaliyyəti ilə məşğul olan, Bərdədə müvəqqəti məskunlaşan Kəlbəcər sakini Allahyar Səlimov da dələduzların toruna düşməkdən son anda xilas olub.
Onun sözlərinə görə, tanıdığı insanların da başına oxşar hadisələr gəlib və artıq aldadılanlar az deyil.
A.Səlimov bildirib ki, fırıldaqçılar onu inandırmaq üçün hətta şəxsiyyət vəsiqəsinin fotosunu belə göndəriblər.
Ətraflı süjetdə:
Dələduzların yeni üsulu: Taksi sürücülərinə tələ qururlar
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.