AZ

Baş Qərargah rəisi: "İsrail ordusu Qəzzada əməliyyatın növbəti mərhələsinə keçəcək"

"İsrailin Qəzzada həyata keçirdiyi "Gideonun döyüş arabaları" əməliyyatı məqsədlərinə nail olub və İsrail əsgərləri tezliklə Qəzza şəhərində növbəti mərhələyə keçəcəklər".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ordunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir Qəzzada İsrail hərbçiləri ilə görüşü zamanı bildirib.

"HƏMAS hərəkatı əməliyyatdan əvvəl sahib olduğu imkanlara artıq sahib deyil, biz radikallara sarsıdıcı zərbə vurmuşuq. Biz tezliklə əməliyyatın növbəti mərhələsinə keçəcəyik, bu mərhələ çərçivəsində radikal hərəkat məğlub olana qədər Qəzza şəhərində HƏMAS-a qarşı zərbələri artırmağa davam edəcəyik", - deyə Zamir bildirib.

Milli.Az

Seçilən
70
50
milli.az

10Mənbələr