OpenAI-nin yeni GPT-5 modeli istifadəçilərin tənqidi ilə üzləşib. Əvvəlki versiyasından daha az maraqlı və ağıllıdır. Bununla belə, OpenAI baş direktoru Sem Altman öz şirkətinin və bütövlükdə sənayenin gələcəyinə əmindir.
SİA-nın məlumatına görə, San-Fransiskoda jurnalistlərlə görüşdə Altman GPT-5-in buraxılışı zamanı buraxılan səhvləri etiraf edib, lakin məhsula tələbatın hələ də yüksək olduğunu qeyd edib.Onun sözlərinə görə, API trafiki 48 saat ərzində iki dəfə artıb və ChatGPT istifadəçilərinin sayı artmaqda davam edir. Altman, şirkətin bir gündə yüz milyonlarla insan üçün kütləvi məhsul yeniləməsindən dərslər aldığını vurğulayıb.
Altman həmçinin, süni intellekt sənayesinin 2000-ci illərin internet bumuna bənzər “köpük” ola biləcəyi fikri ilə də razılaşdı – bir çox investisiyalar hələ sərfəli deyil, lakin texnologiya real potensiala malikdir.
Eyni zamanda, Altman bildirib ki, OpenAI yaxın gələcəkdə məlumat mərkəzlərinin qurulmasına və süni intellekt infrastrukturunun inkişafına trilyonlarla dollar xərcləməyə hazırdır.
Nazlı Almuradova