AZ

Bakıda gənc qız iki dəfə evli olmuş 4 uşaq atası ilə qaçıb - TƏFƏRRÜAT

Xəzər rayonu Türkan qəsəbəsində gənc qız iki dəfə evli olub boşanmış 4 uşaq atası ilə qaçıb. 

Şikayətçi Afər Əhmədağa oğlu Əmirov KİV-ə müraciət edərək qızı Aytac Əmirlinin pula görə qaçırıldığını bildirmişdi. 

Milli.Az-ın əldə etdiyi məlumata görə, Türkan qəsəbə sakini Aytac Əmirli öz istəyi ilə Əfqan Əflat oğlu İmamməmmədovla qaçıb.

Eyni zamanda o da məlum olub ki, Əfqan və Aytac xalaoğlu-xalaqızıdırlar. 

Afər Əmirov qızının zorla və pula görə qaçırıldığını bildirsə də, bu iddialar öz təsdiqini tapmayıb. Aytac Əmirli ailə qurmaq məqsədilə ilə Əfqan İmamməmmədovla qaçdığını bildirib. 

O da məlum olub ki, Əfqan İmamməmmədov əvvəllər iki dəfə evli olub və 4 uşağı var.

Mehman Əsədov
Milli.Az

Seçilən
62
50
milli.az

10Mənbələr