UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Ferentsvaroş”un qonağı olacaq “Qarabağ” bu gün səhər saatlarında Macarıstana yollanıb. Msport.az xəbər verir ki, Ağdam klubunu aparan çarter təyyarəsi saat 11:00-da Bakıdan havaya qalxıb.
Qurban Qurbanovun komandası bu gün yerli vaxtla saat 19:30-da son məşqinə çıxacaq.
Qeyd edək ki, avqustun 19-da keçiriləcək “Ferentsvaroş” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.