Azərbaycanda "Ərəb dili ayı"nın keçirilməsi iki ölkə arasında mədəni iqtisadi əlaqələrin inkişafına təkan verir.
"Report" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda, ən qədim universitet olan BDU-da "Ərəb dili ayı"nın keçirilməsi böyük təşəbbüsdür:
"Bu proqram bir çox ölkələrdə həyata keçirilir. Ümid edirəm ki, gələcək illərdə biz ərəb dili ayının növbəti tədbirlərini keçirəcəyik. Bu, iki ölkə arasındakı əlaqələrin göstəricisidir