AZ

Psixoloqdan SOS: Azərbaycanda boşanmaların səbəbləri arasında ilk yeri xəyanət tutur

Hətta seksual münasibətlərdəki uyğunsuzluq da ailənin dağılmasına gətirib çıxarır

İndi isə “qadınların xəyanəti” kimi yeni davranışlar ortaya çıxıb

Nikah müqaviləsi çox vaxt xəyanətin qarşısını alır

Rusiya Pravoslav kilsəsinin keşişi xəyanətə görə cərimələrin işləməmexanizmindən danışıb.
Teleqraf xəbər verir ki, o, vəfasızlıq faktlarının artmasının bu yolla qarşısının alına biləcəyinə inandığınıbildirib.
Keşiş deyib: "Biz təkcə sadəcə cəmiyyətdə belə hallara mənfi münasibət yaratmaqla kifayətlənməliyik, ümumilikdəsədaqətsizliyin qarşısını almaq istəyiriksə - ən azı bir milyon rubl (21 244 manatdan çox) cərimə tətbiq etməliyik".

Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirdi ki, ailəni ayaqda saxlamaq və ailəyə məsuliyyətli yanaşmaq bir növ  həm də şüur məsələsidir:

“İndi isə ailənin daha güclü və dayanıqlı olması məsələsi vacib deyil. Ailə müəyyən maraqlar çərçivəsində qurulur. Əvvəllər ailə quran şəxslərin uzunmüddətli strateji məqsədləri olurdu. İndi hətta seksual münasibətlərdəki uyğunsuzluq da ailənin dağılmasına gətirib çıxarır. Bu barədə əvvəllər danışılmırdısa, indi bu mövzu da gündəmdədir. Əvvəllər qadın kişinin xəyanətini psixoloji olaraq qəbul edirdi. Onlar “kişi xəyanət edəndir” fikrini əsas götürüb, ailəsini dağıtmamaq üçün buna göz yumurdu. İndi isə “qadınların xəyanəti” kimi yeni davranışlar ortaya çıxıb. Halbuki bu, yaxın keçmişdə bizim ailələrə uyğun model deyildi. Günümüzdə ailələr iqtisadi amildən çox, sosial problemlərdən dağılır. Aldığım məlumatlara görə, Azərbaycanda boşanmaların səbəbləri arasında ilk yeri xəyanət tutur. Azərbaycan kişisi ilə qadını arasında cinsəl münasibətlər çox soyuq olur. Bu səbəbdən, kişilər öz istəklərini kənarda axtarmağa başlayır. Xəyanət çox zaman kişinin qadını sevməməsi anlamına gəlmir. Həmçinin Azərbaycanda nikah müqaviləsi yoxdur. Halbuki bu, çox ciddi çəkindirici faktordur. Bu müqavilə çox vaxt xəyanətin qarşısını alır. Xüsusən kişilər düşünür ki, birdən qarşı tərəf bilər, boşanmaya verər və bütün əmlakı əlindən gedər və müflis olar. Dünyanın bir sıra ölkələrində qanunla ər-arvad münasibətlərində xəyanətlə üzləşən tərəf müəyyən təzminatla təmin edilir.
Yəni müvafiq qanun bunun üşün şərait yaradır. Azərbaycanda isə xəyanətlə qarşılaşan tərəf ən yaxşı halda boşanmaq üçün məhkəməyə müraciət edir”.
Seçilən
3
10
sherg.az

10Mənbələr