AZ

Kişilərə qadın hüquqları və ev işləri öyrədilən məktəb açıldı

Seneqalda kişilər üçün xüsusi “ər məktəbləri” açılıb.

Axşam.az xəbər verir ki, bu barədə "Independent" məlumat yayıb.

Qeyd olunur ki, burada kişilərə qadınların hüquqlarına hörmət etmək və ev işlərində onlara kömək etmək öyrədilir.

Bildirilir ki, Qərbi Afrikanın bir çox ölkəsində olduğu kimi, Seneqalda da konservativ dəyərlər üstünlük təşkil edir. Kişilər ailədə əsas qərarları verən tərəf hesab olunur, hətta qadınların doğuş üçün xəstəxanaya getməsinə də icazə verməli olurlar.

Proqram çərçivəsində kişilərə evdə daha çox yardım göstərmək, qızların hüquqları, gender bərabərliyi və qadın sünnətinin fəsadları barədə maarifləndirmə aparılır. Hazırda Senegalda 20-dən çox məktəbdə 300-dən artıq kişi bu təlimlərdən keçir. Məzunlar isə mentor qismində çıxış edərək söhbətlər aparırlar.

Paytaxt Dakardakı məktəblərdən birində imam İbrahim Dayan kişilərə moizə edir. Onun sözlərinə görə, dərslərdən sonra bir çoxları davranışlarını dəyişib.
Seçilən
11
10
demokrat.az

10Mənbələr