Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, bu hücum yalnız iqtisadi ziyan deyil, həm də açıq şəkildə regionda təzyiq siyasətidir:
““Şahed” tipli PUA-ların istifadəsi Moskvanın Ukraynanın enerji infrastrukturu və tərəfdaşlarına yönəlmiş təxribatını göstərir. Rusiya öz hərbi gücünü regional siyasətdə qorxu vasitəsi kimi istifadə edir.
SOCAR bazasına hücum Azərbaycanın iqtisadi iştirakını və strateji maraqlarını hədəfə alır. Bu addım Azərbaycanın Ukraynadakı maraqlarına qarşı açıq meydan oxumadır. Rusiya beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirərək təhlükəsizlik prinsiplərini pozur.
Hücum həm də Qərb ölkələrinə xəbərdarlıq mesajıdır: Ukrayna və Azərbaycanla əməkdaşlıq risklidir guya.
Rusiya burada yalnız "güc" nümayiş etdirmir, həm də regional sabitliyi təhlükəyə atır”.
Politoloq qeyd edib ki, ukrayna üçün nəticələr həm iqtisadi, həm də strateji baxımdan ciddi olacaq:
“SOCAR və digər xarici şirkətlər təhlükəsizlik tədbirlərini hər zaman artırır. Azərbaycan-Rusiya münasibətlərinə bu hücum dolayısı ilə təsir göstərəcək. Moskva Bakının regiondakı rolu və Ukraynadakı iştirakı barədə mesaj almalıdır. Rusiya təxribatlarla diplomatik danışıqları zəiflətməyə çalışır.
Bu addımlar Azərbaycanın geosiyasi mövqeyinə ciddi təzyiqdir.
Ukrayna və Azərbaycan öz maraqlarını qorumaq üçün hər addımı atacaq.
Rusiya hərbi və siyasi vasitələrlə regiondakı "dominant" mövqeyini möhkəmlətməyə çalışır.
Bu davranış beynəlxalq hüquqa, suveren dövlətlərin haqlarına açıq təhdiddir.
SOCAR bazasına edilən hücum regional təhlükəsizlik gündəliyini daha da mürəkkəbləşdirib və Rusiya məsuliyyətini bir daha ortaya qoyur”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
icma.azPutin Azərbaycanın düşmənlərini nə vaxt cəzalandıracaq? ( 20459559)
-
az.trend.azRusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski ( 20451615)
-
news365.azZelenskidən SOCAR-ın neft bazasının vurulmasına - Reaksiya ( 20451531)
-
cebheinfo.azPutin Azərbaycanın düşmənlərini nə vaxt cəzalandıracaq? ( 20451432)
-
globalinfo.azTramp və Putinin Alyaskadakı gizli razılaşması: Ukrayna xəritəsi dəyişir? ( 20451375)
-
hafta.azPutin Paşinyanı devirəcək, hələlik isə... ( 20450874)
-
cebheinfo.azPutin Azərbaycanın düşmənlərini nə vaxt cəzalandıracaq? ( 20450241)
-
demokrat.azSOCAR bazasına edilən hücum regional təhlükəsizlik gündəliyini daha da mürəkkəbləşdirib Politoloq ( 20449347)
-
demokrat.azSOCAR bazasına edilən hücum regional təhlükəsizlik gündəliyini daha da mürəkkəbləşdirib — Politoloq ( 20449242)
-
525.az“Azərbaycan Türkiyə ilə birgə hərəkət etməlidir” Deputat Rusiyanın hücumu barədə ( 20448816)