AZ

Rusiya Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurdu


Avqustun 18-nə keçən gecə Rusiya ordusu Ukraynanın Odessa vilayətinə irimiqyaslı PUA hücumu edib. Dron zərbələri nəticəsində Azərbaycanın SOCAR şirkətinin obyektlərində də yanğın baş verib.

Xarici KİV yazır verir ki, hücum zamanı SOCAR-ın yanacaqdoldurma məntəqəsinə də zərbə endirilib.

UNİAN agentliyinin verdiyi xəbərə görə, avqustun 17-də, bazar günü saat 23:00 radələrində vilayətdə hava hücumu xəbərdarlığı verilib. Monitorinq kanalları Qara dəniz üzərində çoxlu “Şahed”in toplaşdığını və sonradan Odessa bölgəsinə, o cümlədən Odessa şəhərinə doğru uçduğunu bildirib. Tezliklə rayon mərkəzinin sakinləri hava hücumundan müdafiə sistemi üçün səciyyəvi olan partlayışlar və səslər eşidiblər. Şəhərin bir hissəsində tüstü dumanı yaranıb və hadisənin şahidləri evlərinin yaxınlığında yanğın baş verdiyini bildiriblər.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin regional qərargahının mətbuat xidmətindən verilən məlumata görə, PUA hücumları yanacaq-energetika infrastrukturu obyektində genişmiqyaslı yanğına səbəb olub.

ZÜMRÜD

Seçilən
36
50
baki-xeber.com

10Mənbələr