BAKI, 18 avqust. TELEQRAF
“Müharibədən sonra Ukrayna ordusu müqaviləli və peşəkar olmalıdır və kəskin şəkildə ixtisar edilməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Denis Şmıqal deyib.
Nazir bildirib ki, müharibə başa çatdıqdan sonra Rusiya uzun müddət və bəlkə də həmişə Ukrayna üçün ekzistensial təhlükə olaraq qalacaq: “Buna uyğun olaraq, təhlükəsizliyimizin ən yaxşı təminatı bizim Silahlı Qüvvələrimizdir”.
Şmıqalın sözlərinə görə, artıq Ukraynanın tərəfdaşları ilə bu məsələ ilə bağlı danışıqlar aparılır:
“Müharibədən sonra Ukrayna ordusunun necə olmasından danışırıq. Birincisi, peşəkar olmalıdır. İkincisi, bu müharibə bitdikdən sonra kəskin şəkildə ixtisar edilməyəcək. Bu, planlaşdırılmış və hesablanmış bir proses olacaq. Üçüncüsü, 1 milyon, ya 800 min olacaq? Bu barədə məsləhətləşirik”.
Qeyd edək ki, Rusiya müharibənin başlamasından sonra Ukrayna ordusunun buraxılmasını tələb edir.