AZ

Zelenski görüşdə belə geyinəcək Azərbaycanlı dizayner

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüş zamanı daha uyğun geyimdə olacaq.

Axar.az xəbər verir ki, bunu Azərbaycan əsilli ukraynalı dizayner Elvira Həsənova “Foks Nyus”a açıqlamasında deyib.

“Bazar ertəsi o, yəqin ki, polo geyinməyəcək. Məncə, qara hərbi kostyum ya da pencək geyinəcək”, - Həsənova bildirib.

Onun sözlərinə görə, qeyri-rəsmi geyim tərzinə görə tənqidlərlə üzləşən Zelenski bu dəfə çox güman ki, daha ciddi görünüşə üstünlük verəcək.

Həsənova bildirib ki, Zelenskinin şəxsi stilisti yoxdur, nə geyinəcəyinə özü qərar verir.

Qeyd edək ki, Ukrayna liderinin geyim üslubu üzərində azərbaycanlı Elvira Həsənovanın çalışdığı barədə məlumatlar yayılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
19
axar.az

10Mənbələr