Ukrayna prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampla görüşü üçün daha rəsmi geyim tərzi seçəcək.
Publika.az xəbər verir ki, əvvəllər Zelenski ilə əməkdaşlıq etmiş ukraynalı dizayner Elvira Həsənova bu fikri “Fox News” telekanalına müsahibəsində bildirib.
“Yəqin ki, o, polo köynəkdə görünməyəcək. Düşünürəm ki, o, qara hərbi kostyum və ya hərbi köynək və şalvar, bəlkə də pencəklə gələcək”, - Həsənova qeyd edib.
Dizayner qeyri-rəsmi geyim tərzinə görə tənqidlərlə üzləşən Ukrayna liderinin bu dəfə daha ciddi imic seçə biləcəyi qənaətində olduğunu bildirib.