Azərbaycan cüdoçusu Könül Əliyeva (48 kq) Valensiya şəhərində keçirilmiş İspaniya Kubokunda mükafatçılar sırasına düşüb.


Bu barədə Rekord.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.


O, yarışda bürünc medal əldə edib.


Qeyd edək ki, beynəlxalq turnirdə 35-dən çox ölkədən 300-dən artıq idmançı mübarizə aparıb.