Azərbaycan cdoçuları Macarıstanın Dyör şəhərində keçirilən Avropa Cüdo Ümidləri Turnirində 1 qızıl və 3 bürünc medal əldə ediblər.
Rekord.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan yarışda U-15 yaş kateqoriyasında Aqşin Bayramov (60 kq) qızıl, Səttar Qədirov (42 kq), Fərhad Quliyev (60 kq) və U-13 yaş kateqoriyasında Fəxrim Məhərrəmov (42 kq) bürünc medala yiyələniblər.
Beynəlxalq turnirdə 19 ölkədən 273 cüdoçu iştirak edib.