AZ

Qanada meymun çiçəyi virusuna yoluxma 37 çatıb

Ajans.az Qana Səhiyyə Xidmətinə istinadən xəbər verir ki, virus ölkədə yayılmağa davam edir. May ayından bu yana yoluxmaların sayı artıq 409-a çatıb. Hazırda iki nəfər xəstəxanada müalicə olunur. Qana hökuməti ilin əvvəlindən virusla mübarizə tədbirlərini gücləndirib. Mayın 19-da bu il ölkədə ilk dəfə dörd yoluxma hadisəsi qeydə alınmış, virusdan ilk ölüm isə iyulun 28-də baş vermişdir.

Ölkədə Mpox-un yayılmasının qarşısını almaq məqsədilə yüksək riskli qrupları hədəf alan peyvənd kampaniyası davam etdirilir.

Seçilən
12
11
Ajans.az

10Mənbələr