AZ

Qanada meymun çiçəyinə 1 həftədə 37 yoluxma olub

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

Qərbi Afrika ölkəsi olan Qananın Səhiyyə Xidməti (GHS) M çiçəyi virusunun ölkədə yayılmağa davam etdiyini açıqlayıb. Açıqlamada qeyd olunub ki, ölkədə bir həftə ərzində 37 yoluxma hadisəsi aşkarlanıb və bununla da may ayından bu yana qeydə alınan yoluxmaların sayı 409-a çatıb.

Açıqlamada virus səbəbindən 2 nəfərin xəstəxanada müalicə olunduğu qeyd edilib.

Qana hökuməti mayın 19-da bu il ilk dəfə 4 nəfərdə M çiçəyi aşkarlandığını və virusdan ilk ölümün iyulun 28-də qeydə alındığını açıqlayıb.

Ölkədə virusun yayılmasının qarşısını almaq üçün yüksək riskli qrupları hədəf alan peyvənd kampaniyası davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
6
icma.az

10Mənbələr