AZ

Gəncədə şəhid abidəsinə ziyan vurulub

Moderator.az xəbər verir ki, Gəncə şəhərinin Gülüstan yaşayış massivində yerləşən İstiqlal parkının infrastrukturuna ziyan dəyib.
 
Məlumata görə, bu gün gecə saatlarında naməlum şəxs və ya şəxslər parkın ərazisində 44 günlük Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə ucaldılmış heykələ xəsarət yetiriblər. Belə ki, abidənin mərmər üzlüyünün bir neçə hissəsi qırılaraq zədələnib.
 
Bundan əlavə, parkın işıqlandırma sisteminə də zərər vurulub. Şəhidlərin şəkillərinin işıqlandırılması üçün nəzərdə tutulan bir neçə plafon qırılıb, işıqlandırma qurğularından biri isə oğurlanıb.
 
Hazırda Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən park ərazisində təmir-bərpa işlərinə başlanılıb.
 
Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən hadisəni törədənlərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

 

Seçilən
9
2
moderator.az

5Mənbələr