Azxeber.com saytından verilən məlumata görə, ain.az xəbər verir.
Göygöl rayonunda şəhid fotolarına qarşı hörmətsizliyi əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, yaşayış evlərinin yaşayış evlərinin divarlarına həkk olunmuş şəhid fotoları aparılan təmir zamanı rənglənib.
Nəticədə ortaya xoşagəlməyən görüntülər çıxıb.
Bu da sosial şəbəkə izləyici tərəfindən birmənalı qarşılanmayıb.
AZXEBER.COM mövzu ilə bağlı Göygöl Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətinin nümayəndəsi mövzunu belə şərh edib:
"Əvvəlcə onu qeyd edim ki, orada 3 şəhid fotosu var idi. O fotolar çox pis vəziyyətdə idi. Həmin fotolar təxminən 2020-ci ildə rəssam tərəfindən divar çəkilmişdi. Üzərindən 5 il keçdiyi üçün həmin fotoların yarısı silinmişdi və biyabırçı vəziyyətə düşmüşdü. Hazırda fotoların bərpası üzərində iş gedir.
İcra hakimiyyətindən bildirilib ki, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün kompleks hazırlanır:
"Biz bu hörmətsizliyin qarşısını almaq üçün işlər görürük. Buna görə də yeni şəhid kompleksi yaradırıq ki, orada bütün şəhidlərin fotoları olsun. Çünki icra hakimiyyətinə müraciətlər daxil olurdu ki, bizim şəhidlərin də fotoları divarlarda olsun. Ev şəxsi mülk olduğu üçün hər kəs buna razı olmurdu. Yeni salınacaq kompleksdə bütün şəhidlərimizin fotosu yer alacaq”.
Həmin videonu təqdim edirik:
Günel Hüsyenli
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.