Olaylar.az xəbər verir ki, bu barədə Insider Advantage tədqiqat xidmətinin sorğusunun nəticələri məlumat verir.
Məlumata görə, sammitdən sonra Trampın fəaliyyətini dəstəkləyənlərin sayı 54 faizə yüksəlib. Respondentlərin 44 faizi onun fəaliyyətini bəyənmədiyini bildirib, 2 faiz isə hələ qərar verməyib. Qeyd olunur ki, prezidentin göstəriciləri xüsusilə afroamerikalılar və Latın Amerikasından olan respondentlər arasında yaxşılaşıb. Ağdərili əhali arasında dəstək isə rekord həddə - 64 faizə yaxınlaşıb.
Sorğu 15-17 avqust tarixlərində keçirilib, statistiki xəta 3,09 faiz bəndi təşkil edib.
Xatırladaq ki, YouGov tədqiqat xidmətinin iyul ayında dərc olunan məlumatlarına əsasən, həmin dövrdə Trampın fəaliyyəti yalnız 41 faiz respondent tərəfindən dəstəklənirdi, təxminən 55 faiz isə onu bəyənmirdi.