AZ

Putin Braziliya prezidentinə Alyaskada Trampla görüşü barədə məlumat verdi - ÖZƏL

Rusiya lideri Vladimir Putin telefon danışığı zamanı Braziliya prezidenti İnasiu Lula da Silvaya ABŞ rəhbəri Donald Trampla Alyaskadakı danışıqlar barədə məlumat verib.

Olaylar xəbər verir ki,bu barədə Braziliya prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Müddəti 30 dəqiqə olan söhbət zamanı Putin ABŞ prezidenti Donald Trampla Alyaskada keçirdiyi görüş barədə məlumat verib və onu müsbət qiymətləndirib", - açıqlamada qeyd olunub.

Bildirilib ki, Lula da Silva Ukraynada münaqişənin sülh yolu ilə həllinə dair bütün səyləri Braziliyanın dəstəklədiyini Putinə təsdiqləyib.

Bundan əvvəl Hindistanın baş naziri Narendra Modi Rusiya və ABŞ arasında Alyaskada keçirilən sammitin nəticələri ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirmişdi.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
33
olaylar.az

10Mənbələr