
Kiyevin Avropa müttəfiqləri ilə danışıqları müxtəlif vaxtlarda keçiriləcək.
Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla Ağ Evdə görüşə getməzdən əvvəl Vaşinqtonda Avropa liderləri ilə görüşür.
Olaylar xəbər verir ki,bu barədə "Ukrinform" agentliyi xəbər verir.
Məlumata əsasən, görüşlər Ukraynanın səfirliyi binasında keçirilir. Bildirilir ki, danışıqlar liderlərlə müxtəlif vaxtlarda baş tutacaq. Agentliyin məlumatına görə, Zelenskinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, NATO baş katibi Mark Rutte, Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya və İtaliya baş nazirləri Kir Starmer və Corcia Meloni, eləcə də Finlandiya prezidenti Aleksander Stubb ilə görüşləri planlaşdırılıb.
Zelenskinin ABŞ-ın Ukrayna üzrə xüsusi elçisi Kit Kellogla görüşü artıq oteldə baş tutub.
Ağ Evin məlumatına görə, əvvəlcə Tramp bir saat ərzində Zelenski ilə danışıqlar aparacaq, daha sonra Avropa liderlərini qəbul edəcək.
İbrahim Məmmədli