AZ

Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən əcnəbilər barədə qərar verildi

Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşan üç əcnəbi barədə həbs qətimkan tədbiri seçilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar verib.

Qərara əsasən, onların hər biri barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşıblar.

Seçilən
0
23
publika.az

6Mənbələr