Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 əcnəbi barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı stintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
Bu gün Səbail Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Müvafiq qərarla saxlanılanların hər biri barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Tarix: 18 Avqust 2025, 18:02