AZ

Tayland turistlərə kriptovalyutanı bahta dəyişməyə icazə verəcək

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Tailand hökuməti əcnəbi turistlərə kriptovalyutanı Tayland bahtına çevirmək və ölkə daxilində səyahət edərkən xərcləmək imkanı verən “TouristDigiPay” proqramını işə salacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Proqramı rəsmi olaraq avqustun 18-də maliyyə naziri Piçai Çunhavajira təqdim edib. Onun sözlərinə görə, “TouristDigiPay” 2025-ci ilin dördüncü rübündə istifadəyə veriləcək. O, il yarım ərzində bütün ölkə ərazisində sınaq rejimində fəaliyyət göstərəcək.

Nazir vurğulayıb ki, proqrama əsasən turistlər birbaşa kriptovalyuta ilə ödəniş edə bilməyəcəklər. Proqram  səyahətçilərin lisenziyalı operatorlar vasitəsilə rəqəmsal aktivləri Tayland bahtı ilə mübadilə edəcəklərini və elektron ödəniş xidmətlərindən istifadə edərək mal və xidmətlər üçün ödəniş edəcəyini nəzərdə tutur. Əməliyyatlar ayda 500 min baht (15,4 min dollar) ilə məhdudlaşır.

Nəşr yazır ki, “TouristDigiPay” proqramının köməyi ilə Tailand 2025-ci ilin birinci yarısında çinli səyahətçilərin sayındakı 33 faizlik azalmanı kompensasiya etmək üçün Yaxın Şərq və Cənub-Şərqi Asiyadan turist axınını artırmağa çalışır.

Qeyd edək ki, ölkədəki təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Çindən gələn turistlərin sayı azalıb. Turist axınındakı azalma 2025-ci ilin yanvarında çəkiliş bəhanəsi ilə Taylanda sövq edilən çinli aktyor Vanq Xinqin oğurlanması ilə bağlı xəbərlər fonunda baş verib. Aktyor daha sonra Myanmada tapılıb. O, azadlığa çıxandan sonra deyib ki, qaçıranlar onu və onlarla başqa qaçırılan şəxsi internetdə insanları aldadan fırıldaqçılara işləməyə məcbur etməyə çalışıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
50
yeniavaz.com

10Mənbələr