BAKI, 18 avqust. TELEQRAF
“Neftçi”nin baş icraçı direktoru Cenk Sümer əfsanəvi futbolçu Anatoli Banişevskinin ailə üzvlərini qəbul edib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, mərhum futbolçunun həyat yoldaşı İnna Banişevskaya, qızı Milena Həsənova, nəvəsi Eldar Həsənov və veteran hakim Rüstəm Rəhimov “Palms Sports” Futbol Mərkəzində olublar.
Qonaqları Klub rəhbəri mərhum futbolçunun ailəsinə üzərində Anatoli Banişevskinin soyadı və “9” rəqəmi olan xatirə forması hədiyyə edib. Görüşdə gələn il fevralın 23-də 80 illik yubileyi olacaq Anatoli Banişevskinin xatirəsinə həsr olunacaq, klubumuz tərəfindən planlaşdırılan tədbirlərlə bağlı ailəsinə məlumat verilib.
Qeyd edək ki, əfsanəvi futbolçunun ailə üzvləri avqustun 16-da keçirilmiş “Neftçi” – “Şamaxı” matçına klubumuz tərəfindən dəvət alsalar da, şəxsi işləri ilə əlaqədar stadiona gələ bilməmişdilər.