AZ

Anatoli Banişevskinin ailəsi “Neftçi”nin qonağı oldu

Əfsanəvi futbolçu Anatoli Banişevskinin ailə üzvləri – həyat yoldaşı İnna Banişevskaya, qızı Milena Həsənova, nəvəsi Eldar Həsənov və veteran hakim Rüstəm Rəhimov “Palms Sports” Futbol Mərkəzində “Neftçi”nin qonağı olublar.

İdmanxeber.az xəbər verir ki, qonaqları “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer qəbul edib. Klub rəhbəri mərhum futbolçunun ailəsinə üzərində Anatoli Banişevskinin soyadı və “9” rəqəmi olan xatirə forması hədiyyə edib.

Görüşdə gələn il fevralın 23-də 80 illik yubileyi olacaq Anatoli Banişevskinin xatirəsinə həsr olunacaq, klub tərəfindən planlaşdırılan tədbirlərlə bağlı ailəsinə məlumat verilib.

Qeyd edək ki, əfsanəvi futbolçunun ailə üzvləri avqustun 16-da keçirilmiş “Neftçi” – “Şamaxı” matçına klub tərəfindən dəvət alsalar da, şəxsi işləri ilə əlaqədar stadiona gələ bilməmişdilər.

Seçilən
6
40
idmanxeber.az

10Mənbələr