AZ

Şəhid atası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi, mayor Xəyal Məmmədovun atası dünyasını dəyişib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhid atası Ağabəy Məmmədov ötən gün 76 yaşında ürəktutmadan vəfat edib.

Qeyd edək ki, Şəkidən olan Xəyal Məmmədov oktyabrın 20-də Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

O, ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Seçilən
9
34
bakivaxti.az

10Mənbələr