Vətən müharibəsi şəhidi, mayor Xəyal Məmmədovun atası dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, şəhid atası ötən gün Ağabəy Məmmədov 76 yaşında ürək tutmasından vəfat edib.
Qeyd edək ki, Şəkidən olan Xəyal Məmmədov Vətən müharibəsində oktyabrın 20-də Qubadlı döyüşlərində şəhidlik zirvəsinə ucalıb.
O, Ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Surxay Şahbazov
