AZ

Türkiyədə nə qədər azərbaycanlı tələbə təhsil alır?

Hazırda Türkiyədə 45 minə yaxın azərbaycanlı tələbə təhsil alır.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, 2019–2024-cü illər ərzində Türkiyə ali təhsil müəssisələrində əldə olunmuş kvalifikasiyaların tanınması üçün TKTA-ya 5327 müraciət daxil olub. Onlardan 5107-si barədə müsbət, 220-si barədə isə imtina qərarı verilib. İmtinanın əsas səbəbləri arasında “açıq təhsil” forması (35,9 faiz), ekvivalentliyi olmayan ixtisaslar (29,23 faiz) və saxta sənəd təqdim edilməsi (11,28 faiz) kimi hallar üstünlük təşkil edir.

Statistika göstərir ki, son altı ildə Türkiyədən alınan diplomların tanınması üçün edilən müraciətlərin sayı artan dinamika ilə davam edib. Lakin müraciətlərin yalnız 19,71 faizi beynəlxalq reytinqlərdə ilk 1000-likdə yer alan universitetlərdən olub. Həmin göstəricinin böyük hissəsi Hacettepe və İstanbul universitetlərinin payına düşüb.

Müraciətlər üzrə qeyd edilən artan dinamikanın beynəlxalq reytinqlərdə yer alan Türkiyə universitetlərinə münasibətdə təhlili göstərir ki, 2024-cü il üzrə “Times Higher Education”, QS və “Shanghai” kimi reytinqlərdə Hacettepe Universiteti hər üçündə, İstanbul Universiteti isə ikisində ilk 1000-likdə yer alıb.

Seçilən
25
50
azpost.info

10Mənbələr