AZ

Kristian Romero daha 4 il “Tottenhem”də qalacaq! - Rəsmi

İngiltərənin “Tottenhem” klubu Argentina milli komandasının da üzvü olan Kristian Romero ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mərkəz müdafiəçisi ilə uzunmüddətli sözləşmə bağlansa da, dəqiq müddət açıqlanmayıb. Amma yerli mətbuatın yazdığına görə, tərəflər 2029-cu ilin 30 iyununadək anlaşıblar. Əvvəlki müqavilənin müddəti 2027-ci ilin 30 iyununda bitəcəkdi.

Xatırladaq ki, Kristian Romero “Tottenhem”ə 2021-ci ilin avqust ayında İtaliyanın “Atalanta” klubundan gəlib. O, cari mövsümdə bu komandanın heyətində 2 oyuna çıxıb, 1 qol vurub. Kristian London klubunda bütövlükdə 126 oyuna çıxıb, 8 qola imza atıb, 3 məhsuldar ötürmə müəllifi olub.

Romero daha öncə “Atalanta”, “Belqrano” və “Cenoa”da da oynayıb.

Kristian Romero 2021-ci ilin iyun ayında debüt etdiyi Argentina yığmasında meydana çıxdığı 44 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, millinin heyətində bir dəfə dünya çempioni olub (DÇ-2022), iki dəfə (2020/2021 və 2023/2024) Amerika Kubokunu qazanıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
2
21
arena.az

10Mənbələr