AZ

Sebastyan Aller “Borussiya”nı tərk etdi

Fil dişi sahilli hücumçu Sebastyan Aller Dortmund “Borussiya”sından ayrılıb.

90deqiqe.Az-ın məlumatına görə, 31 yaşlı forvard karyerasını Niderland çempionatında davam etdirəcək.

“Utrext”in mətbuat xidməti futbolçu ilə müqavilə imzalandığını açıqlayıb. Razılaşma 2026-cı ilin yayına qədər qüvvədə olacaq. Təcrübəli hücumçunun transfer dəyəri 3 milyon avro məbləğində qiymətləndirilir.

Qeyd edək ki, Aller 2024/2025 mövsümündə “Utrext”də icarə əsasında çıxış edib. O, Erediviziyada 16 oyunda meydana çıxaraq 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
6
17
90deqiqe.az

10Mənbələr