AZ

Rahid Əmirquliyev klub rəhbəri oldu

Yeni mövsümdən 1-ci liqada çıxış edəcək "Şahdağ Qusar"da yeni təyinat gerçəkləşib.

"Football-plus.az" xəbər verir ki, komandanın kapitanı Rahid Əmirquliyev klubun yeni prezidenti seçilib. Bu barədə Qusar təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 35 yaşlı yarımmüdafiəçi həm komandanın kapitanı kimi meydanda olacaq, həm də klub rəhbəri kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, millimizin, "Xəzər Lənkəran" və "Qarabağ"ın sabiq üzvü olan Rahid Əmirquliyev 2023-cü ildən "Şahdağ Qusar"da çıxış edir. Onun komandası ötən mövsüm 2-ci liqanın qalibi olub.

Seçilən
14
12
football-plus.az

10Mənbələr