Yeni mövsümdən Azərbaycan 1-ci liqasında çıxış edəcək “Şahdağ Qusar”da yeni təyinat baş verib.
Msport.az xəbər verir ki, komandanın kapitanı Rahid Əmirquliyev klubun prezidenti seçilib.
35 yaşlı yarımmüdafiəçi həm komandanın kapitanı kimi meydanda olacaq, həm də klub rəhbəri kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Azərbaycan millisinin, “Xəzər Lənkəran” və “Qarabağ”ın sabiq üzvü olan Rahid Əmirquliyev 2023-cü ildən “Şahdağ Qusar”da çıxış edir.