AZ

"Ferensvaroş" çox əzmkar, iddialı komandadır" - Abdullah Zubir

style='margin-bottom:10px;'>

"Burada olmaq xoşdur. "Ferensvaroş" çox əzmkar, iddialı komandadır". 

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsinin “Ferensvaroş”la sabah keçiriləcək səfər matçı üçün təşkil edilən mətbuat konfransında deyib.

Macarıstan klubunun tanış rəqib olduğunu bildirən futbolçu Azərbaycana yaxşı nəticə ilə qayıtmağa ümudli olduğunu qeyd edib:  "Artıq bu rəqibi tanıyırıq. Onlara qarşı oynamışıq. Həftə ərzində onlara qarşı yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, Bakıya uğurlu nəticə ilə qayıdarıq".

Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Ferensvaroş" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:45-də başlayacaq.

Seçilən
13
50
teleqraf.com

10Mənbələr