ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev Misli Premyer Liqasının 1-ci turunda "İmişli" üzərində qazandıqları qələbəni şərh edib.
Arxa xətt oyunçusu fikirlərini Fanat.Az-a bölüşüb:
"Çətin olacağını bilirdik. Matç həqiqətən ağır alındı. Həftə boyu bu qarşılaşmaya hazırlaşmışdıq. Rəqib də Premyer Liqadakı debüt oyununda nəticə qazanmaq istəyirdi. Şükürlər olsun ki, matçın sonlarında vurduğumuz qol sayəsində qələbə qazandıq".
Hacıyev "Araz-Naxçıvan"ı da yenməyi hədəflədiklərini bildirib: "Növbəti oyunumuz "Araz-Naxçıvan"a qarşıdır. Rəqib artıq Konfrans Liqasında dörd matça çıxıb. Çempionata hazır olduqlarını düşünürəm. Bizim də qarşımıza böyük hədəf qoyulub. "Araz-Naxçıvan"la matçda da qələbə qazanmağa çalışacağıq".
Nihat
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.