Avqustun 16-da azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın dələduzluqda şübhəli bilinərək həbs olunması xəbəri yayılıb.
KONKRET.az xəbər verir ki, hadisədən sonra müğənninin həyat yoldaşı, rusiyalı iş adamı Fazil Əmiraslanov rəsmi Moskva ilə müraciət edərək yardım istəyib. Onun açıqlaması R.İsmayılovanın rəsmi Instagram səhifəsində dərc olunub.
Əmiraslanov bildirib ki, ailəsinə qarşı sadəcə böhtan deyil, sanki “müharibə” başladılıb:
“Hər kəs izahat gözləyir, mənim susmağım artıq doğru deyil – əsl kişi baş verənlər qarşısında susmaz. Bu gün bütün zəruri açıqlamalar veriləcək. Biz başqa ölkənin vətəndaşları olduğumuz üçün burada özümüzə kömək edə bilmirik. Mən, Fazil Amiraslanov, Rusiya vətəndaşı olaraq Rusiyanın səfirliyindən kömək istəyirəm – özümün və övladlarımın təhlükəsizliyini təmin edin və bizi ölkəmə – Rusiyaya qaytarın”, – deyə o qeyd edib.
Natiq Səlim,
KONKRET.az