"Qarabağ"ın kapitanı Abdullah Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri səfər matçından sərfəli nəticə ilə qayıdacaqlarına ümid edir.
Rekord.az xəbər verir ki, yarımmüdafiəçi bunu oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibə qarşı ciddi hazırlaşdıqlarını söyləyib:
"Rəqibə qarşı oynamışam. Çox əzmkar və iddialı komandadır. Artıq bu rəqibi tanıyırıq. "Ferentsvaroş"la oyuna ciddi hazırlaşmışıq. Ümid edirəm ki, Bakıya sərfəli nəticə ilə qayıdacağıq".
"Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.