Moskva “Lokomotiv”inin və Mahaçqalanın “Anji” klubunun sabiq yarımmüdafiəçisi Lassana Diarra Beynəlxalq Futbol Federasiyası (FİFA) və Belçika Kral Futbol Federasiyasına (RBFA) qarşı məhkəmə iddiası qaldıraraq, 65 milyon avro təzminat tələb edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dupont Hissel hüquq firmasının saytında məlumat verilib.
"Mən 11 ildən artıqdır ki, bu prosesi davam etdirmək məcburiyyətindəyəm. Bunu özüm və FİFA ilə real məhkəmələrdə mübahisə etmək imkanı olmayan oyunçular üçün edirəm.
FİFA və RBFA Avropa Məhkəməsində işi uduzdular və hər şey aydındır!” eks-futbolçu açıqlamasında deyib.