AZ

“Cahan Holdinq və “Saf Ət MMC yə qarşı ŞOK İTTİHAMLAR Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin gerçək səbəbləri / FOTOLAR

Hurriyyet saytına istinadən ain.az xəbər verir.

Naxçıvan şəhər sakini Qasımov Hilal Zülal oğlu tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub. Sahibkar olduğunu bildirən şikayətçi rəsmi qurumların yarıtmaz fəaliyyətinə etiraz edir: 

“Mən, Qasımov Hilal Zülal oğlu, yazaraq sizdən xahiş edirəm ki, başıma açılan bu haqszılığı işıqlandırasınız.

Bildirim ki, sahibkaram, Naxçıvan şəhərində “Kassap” dönər obyektini işlədirəm. Dönərxanamdan dönər alıb yeyən 7 nəfər zəhərləndi. Səlahiyyətli qurumlar gəlib obyekti bağladı, 1 həftə sonra işimizə davam etdik. 5 gün işlədikdən sonra yenidən obyektdən dönər alan 17 nəfərin zəhərlənməsi xəbərini eşitdik.

Məsələ artıq ciddi şəkildə bizi narahat edirdi. Aldığımız şirkətin ətindən analiz üçün laboratoriyaya göndərdik. Bu zaman məlum oldu ki, ətdə “ecoli” bakteriyası aşkarlanıb. Aldığımız dönər üçün ət məhsulu “Cahan Holdinq"in təşkil etdiyi, Bakı şəhərindən gələn “Saf Ət" MMC-yə məxsusdur. Maraqlısı budur ki, tək bizə yox, Azərbaycanın bir çox yerlərinə ət satan şirkət günahını boynuna almaq istəmir. Hər iki şirkət bu məsuliyyətdən yayınır.

Bizə külli miqdarda ziyan dəyib, müştəri itirmişik. Bu, bizim yox, “Saf Ət MMC”nin və “Cahan” Holdinq"in səhvidir. Lakin rəsmi qurumlar da buna göz yumur. Təəssüflə qeyd edirəm ki, zəhərlənən 17 nəfərin arasında hamilə qadın da var idi.

İnsanların həyatını heçə saymaq olmaz. Bakteriyalı əti satırsız, bəs fikirləşmirsiz ölən olar? Yox, fikirləşmirsiniz. Çünki sizə ziyan dəymir. Ziyan hər zaman gücsüzə, arxasında "dayı"sı olmayana dəyir.

Qida Təhlükəsizliyi Agentliyi niyə bir tərəfi cərimələməkdə, günahlandırmaqda maraqlıdır? Əti aldığımız şirkət niyə məsuliyyətə cəlb olunmur? Yəni ölkədə bu qədər haqsızlıq baş alıb gedir. 

Əti hardan aldığıma dair və analizin kağızlarını da sizə göndərirəm. Bu vasitə ilə bəlkə yatmış qurumlar oyana".

Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
28
hurriyyet.az

10Mənbələr