AZ

“Qarabağ” bu gün “pley-off”un ilk oyununa çıxacaq

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

“Köhlən atlar” Macarıstanda “Ferentsvaroş”un qonağı olacaq.

Qarşılaşma “Ferentsvaroş” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da star götürəcək.

Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun

19 avqust

23:00. “Ferensvaroş” (Macarıstan) -“Qarabağ” (Azərbaycan)

Hakimlər: Juan Pedru da Silva Pineyro, Brunu Migel Alveş Jezuş, Lusiano Antonio Qomeş Maya, Klaudiu Filipe Ruivo Pereyra (Portuqaliya)

Budapeşt, “Groupama Arena”.

AzPost.az

Seçilən
17
25
azpost.info

10Mənbələr